Ukrayna və ABŞ Ər-Riyadda danışıqlar aparacaq

post-img

Martın 11-də Səudiyyə Ərəbistanının paytaxtında Amerika Birləşmiş Ştatları ilə Ukrayna arasında danışıqlar baş tutacaq.

Bu barədə Amerikanın Fox News kanalının müxbiri Ceki Henrix X mikrobloqunda məlumat verib:

“Çərşənbə axşamı Rubio, Vitkof, Vals Yermak da daxil olmaqla ukraynalılarla görüşmək üçün Ər-Riyada səfər edəcəklər”.

Ukrayna prezidenti Volodimir Zelenski də nbu məlumatı təsdiqləyib. O, ümid etdiyini bildirib ki, gələn həftə məzmunlu görüş baş tutacaq.

Prezidentin sözlərinə görə, Rusiya Federasiyasının müharibənin dayandırılmasının zəruriliyini tanımasına sübut enerji və digər mülki infrastruktura hücumların olmaması, həmçinin dənizdə atəşkəs ola bilər.

Əsirlərin azadlığa buraxılması “əsas etibarın” yaradılması vasitəsi ola bilər.

S.ELAY

XQ

 

Dünya