Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Baş nazirinin müavini Aleksandr Novakı qəbul edib.
“Anadolu”nun məlumatına görə, Qazaxıstan liderinin mətbuat xidməti görüş zamanı ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə olunduğunu bildirib.
Tokayev vurğulayıb ki, bu gün Qazaxıstan və Rusiya arasında dövlətlərarası münasibətlər dostluq, mehriban qonşuluq və müttəfiqlik ruhunda çox dinamik inkişaf edir.
Öz növbəsində, Aleksandr Novak Rusiya Prezidenti Vladimir Putinin salamlarını Kasım-Jomart Tokayevə çatdırıb, ölkələr arasında dialoq və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.
Bundan əlavə, enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
P.ƏMİRCANOV
XQ