Moskva əyalətində yüngülmotorlu təyyarə qəzaya uğrayıb

post-img

Moskva əyalətində yerləşən Myaçkovo aerodromu yaxınlığında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, təyyarənin göyərtəsindəki iki təlimatçı həlak olub.

Nəqliyyat prokurorluğu bildirib ki, hazırda hadisənin səbəbləri və təfərrüatları araşdırılır. Hadisənin detallarını araşdıran istintaq orqanlarının əməkdaşları və mütəxəssislər qəza yerində işləyirlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Dünya