ABŞ prezidenti FES-i "səhv" siyasətinə görə tənqid etdi

post-img

ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sistemini (FES) “ölkə tarixindəki ən pis inflyasiya”da ittiham edib və tənzimləyicinin yürütdüyü pul siyasətini “yalnış” adlandırıb.  Prezidentin yeni ittihamları FES-in yanvar iclasından sonra verdiyi qərarla bağlıdır: tənzimləyici uçot dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlayıb.

Donald Tramp təkid edir ki, sürətli və əhəmiyyətli faiz endiriminə ehtiyac var. Prezidentin FES və şəxsən Cerom Pauellə qarşıdurması zahirən güclənsə də, hələlik konkret nəticələrə gətirib çıxarmayıb. İndi Amerika prezidenti birinci səlahiyyət müddətində etdiyi kimi, tənzimləyicinin rəhbərini işdən çıxarmaqla hədələmir. Mütəxəssislər bildirirlər ki, cənab Trampın pul siyasətinə real təsir imkanları məhduddur. FES, cənab Pauelin vurğuladığı kimi, müstəqilliyində israrlıdır.

S.ELAY

XQ

Dünya