Suriya lideri 14 milyon qaçqının ölkəyə qayıdacağını bildirib

post-img

Baas rejiminin süqutundan sonra repressiyalara görə ölkədən qaçan məcburi köçkünlər Suriyaya qayıtmağa başlayıblar. Bunu Suriyanın yeni administrasiyasının lideri Əhməd əl-Şara YouTube platformasında bildirib. Məlumatı “Anadolu” verib. 

Əş-Şara qeyd edib ki, inqilabçıların nəzarətində olan ərazilərdə sakinlərdən heç biri məcburi köçürməyə məruz qalmayıb. Üstəlik, insanlar təhlükəsizlik üçün bu ərazilərə gəlirdilər. Onun sözlərinə görə, indi cəmiyyətin bütün təbəqələrinin nümayəndələri münaqişəsiz bir yerdə yaşayırlar.

Əş-Şara köçkünlərin geri qaytarılması prosesinin sürətlənəcəyinə əminliyini ifadə edib. “Əminəm ki, iki ildən sonra 14 milyon suriyalı ölkəyə qayıdacaq. Cəmi 1-1,5 milyon insan öz vətənlərindən kənarda qalacaq”.

Əş-Şara deyib: “Biz ədaləti həyata keçirəcək qurumlar yaradacağıq”

O əlavə edib ki, ölkənin səmərəli dirçəlişi üçün qısa, orta və uzunmüddətli dövr üçün bütün sahələri, o cümlədən dövlət qurumlarını və hakimiyyət orqanlarını əhatə edən planlar lazımdır.

Əl-Şara onu da qeyd edib ki, cəmiyyətdə mövcud olan problemlərin həlli vaxt aparacaq, lakin davamlı planlaşdırma və təhsil çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək: “Biz vədlərimizə sadiq qalmalıyıq. Bizim prioritetimiz ədalətli institutlar qurmaq olacaq”.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya