NATO-nun 9 ölkəsi təlimlər keçirəcək

post-img

Alyansın mətbuat xidməti xəbər verir ki, NATO ölkələri yanvarın 13-dən fevralın 26-dək şərq cinahda qüvvələrin yerləşdirilməsi üçün “Steadfast Dart 2025” (STDT25) təlimi keçirəcək. Təlimlərdə təxminən 10 min nəfər iştirak edəcək. Manevrlərin məqsədi iştirakçı dövlətlər arasında operativ qarşılıqlı fəaliyyətin yoxlanılması, eləcə də qoşunların yerləşdirilməsi üzrə təcrübənin aparılmasıdır.

İştirakçı ölkələrin siyahısında Bolqarıstan, Fransa, Yunanıstan, İtaliya, Rumıniya, İspaniya, Sloveniya, Türkiyə və Böyük Britaniya yer alacaq. Böyük Britaniya ən çox əsgər və arsenal göndərəcək. İngilislər təlimlərdə 2,5 mindən çox əsgər və 730 ədəd texnika ilə təlimlərə qatılacaqlar. 

Təlimlər xüsusi təyinatlıların (Müttəfiqlərin Reaksiya Qüvvələri, ARF) iştirakı ilə Rumıniya, Bolqarıstan və Yunanıstanda keçiriləcək. Desant əməliyyatları, döyüş aviasiyasının atışları və birləşmiş manevrlər həyata keçiriləcək.

“Təlimlər ARF-nin ötən il yaradılmasından bəri ilk genişmiqyaslı yerləşdirməsidir... sınaq təxminən bərabər düşmənlə simulyasiya edilmiş münaqişə ssenarisi zamanı həyata keçiriləcək”, - NATO-dan bildirilib.

2024-cü ildə NATO Finlandiya və İsveçin ilk dəfə iştirak etdiyi "soyuq müharibə"nin bitməsindən sonra ən böyük təlimini keçirmişdi. Avropanın bütün şərq cinahında mühafizə ssenarilərini tətbiq etmək üçün 90 000 hərbi qulluqçu cəlb edilmişdi. 

S.ELAY

XQ

 

 

 

 

Dünya