Baş nazir: “2024-cü il Gürcüstan üçün son dərəcə ağır il olub”

post-img

“2024-cü il Gürcüstan üçün son dərəcə çətin il olub. Keçən il ölkədə iki dəfə inqilab cəhdi olub. Lakin ictimaiyyətin dəstəyi ilə biz bütün çətinlikləri dəf edə bildik və nəticədə əsas milli maraqları qoruyaraq böyük uğurlar əldə etdik”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze xalqa müraciətində deyib: “Hazırda ölkə qarşısında kimlik və dəyərləri təhdid edən bir ideoloji cərəyan var. Ona görə də biz cəmiyyət qarşısında bu cür dəyərlər uğrunda mübarizə aparmağa borcluyuq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Dünya