Peskov: Putin Moskvaya gələn Paşinyanla görüşməyəcək

post-img

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin planına Ermənistanın baş naziri Nikol Paşinyanla görüş daxil deyil. Bir qədər əvvəl Paşinyan Avrasiya Hökumətlərarası Şurasında iştirak etmək üçün Moskvaya gəlib.

Məlumatı “Kommersant” verib. 

Peskov deyib: “Bu gün baş nazirin proqramı ilə bağlı ayrı-ayrı görüşlər planlaşdırılmır”. O əlavə edib ki, prezident Nikol Paşinyanı dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin görüşünə dəvət edib.

Dekabrın 13-də səhər Nikol Paşinyanın İnstaqram hesabında “Moskvaya uçdu” başlığı ilə yazı dərc edilib: “O, Avrasiya Hökumətlərarası Şurasında iştirak edəcək, orada tərəflər Aİİ çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşdirilməsini nəzərdən keçirəcək”.

Vladimir Putin və Nikol Paşinyan sonuncu dəfə oktyabrın 8-də Kremldə görüşüblər. Sonra Moskvada MDB sammiti keçirilib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya