Medvedev Çin sədri ilə təhlükəsizlik məsələlərini müzakirə edib

post-img

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Çin Sədri Si Sinpinlə görüşdə Rusiya-Ukrayna münaqişəsini, strateji sabitlik və təhlükəsizlik məsələlərini müzakirə etdiyini bildirib. Məlumatı “Kommersant” verib.

“Beynəlxalq siyasətdə baş verən dəyişiklikləri nəzərə alaraq münasibətləri necə quracağımızı da müzakirə etdik. Biz beynəlxalq həyatdakı ən mühüm hadisələri, o cümlədən bir sıra son hadisələri, Suriyada baş verənləri müzakirə etdik”, – Dmitri Medvedev Çin Xalq Respublikasının sədri ilə görüşdən sonra jurnalistlərə bildirib 

Si Cinpin qeyd edib ki, Çin hələ də Rusiya-Ukrayna münaqişəsi ilə bağlı öz prinsiplərinə – onun yayılmasının və eskalasiyasının qarşısını almağa sadiqdir. O, Pekinin problemi həll etmək üçün beynəlxalq ictimaiyyətlə əlaqə saxlamağa davam edəcəyinə söz verib. “Çin və Rusiya bir-birinin ən böyük qonşularıdır və dostluq münasibətlərinin inkişafı qaçılmaz tarixi məntiqə və güclü daxili hərəkətverici qüvvəyə malikdir” – Çin sədri bildirib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya