Uels Şahzadəsi Uilyam Parisdə yenidən açılan Notr-Dam kilsəsinin rəsmi mərasimində iştirak edir.
AZƏRTAC xəbər verir ki, bu tədbir çərçivəsində o, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşəcək. Onlar Böyük Britaniya ilə ABŞ arasındakı xüsusi münasibətləri müzakirə edəcəklər. Görüşdə iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin gücləndirilməsi məsələləri diqqət mərkəzində olacaq. Notr-Dam kilsəsinin bərpası, 2019-cu ildə baş verən yanğından sonra tamamlanıb və bu mərasim dünya liderlərinin iştirakı ilə keçirilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London