Türkiyə Suriyadakı vəziyyətin nizamlanması üçün Rusiya ilə danışıqlar aparır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 20-də G20 sammitindən qayıdarkən jurnalistlərə deyib.
Məlumatı “İzvestiya.ru” verib.
O, Türkiyənin terrorla mübarizəni davam etdirəcəyini qeyd edib və əlavə edib ki, ölkə həm Suriyada ABŞ-nin ondan çıxması ilə yaranacaq yeni vəziyyətə, həm də mövcud vəziyyətə hazırdır.
“Milli təhlükəsizliyimiz hər şeydən əvvəl gəlir. Biz bu məsələdə Rusiya ilə lazımi danışıqlar aparmaqla Suriyadakı bu atmosferi regionun xeyrinə çevirməyə çalışırıq”, - deyə NTV telekanalı onun sözlərini sitat gətirib.
P.ƏMİRCANOV
XQ