Blinken və Ruttenin görüşü

post-img

ABŞ dövlət katibi Antoni Blinken və NATO-nun baş katibi Mark Rutte Ukraynaya dəstəyin davam etdirilməsi üçün birgə çağırış ediblər. Danışıqlar Şimali Atlantika Alyansının Brüsseldəki qərargahında baş tutub.

Məlumatı “Anadolu” verib. 

Tərəflər ABŞ-da administrasiya dəyişikliyi ərəfəsində müttəfiqlərin müdafiə sənayesində hasilatı və xərcləri artırmasının vacibliyinə işarə ediblər.

“Biz görürük ki, Avro-Atlantik, Asiya-Sakit okean regionu və Yaxın Şərqin təhlükəsizliyi getdikcə bir-birindən ayrılmaz olur. Bizə həmişəkindən daha sıx qarşılıqlı əlaqə qurmağın yollarını tapmaq vacibdir”, - ABŞ diplomatiyasının rəhbəri görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

P.ƏMİRCANOV
XQ

 

Dünya