Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Dohada Qətərin baş nazirinin müavini və müdafiə naziri Xalid bin Məhəmməd Əl-Atiyyə ilə görüşüb. Məlumatı “Anadolu” verib.
Görüş türkiyəli nazirin Qətərə səfərinin ikinci günü baş tutub. Gülər qətərli həmkarı tərəfindən şərəfinə təşkil edilən hərbi mərasimdə təntənəli qarşılanıb.
Mərasimdən sonra tərəflər danışıqlar aparıb, müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
P.ƏMİRCANOV
XQ