Almaniya əhalisinin böyük əksəriyyəti ABŞ-da prezident seçkilərində Donald Trampın qalib gəlməsini istəmir

post-img

Almaniya ictimaiyyətinin böyük əksəriyyəti Donald Trampın ABŞ prezidenti seçilməsinin öz ölkələri üçün faydalı olmayacağını, həmçinin dünyada yaşanan böhranı və problemləri daha da gərginləşdirəcəyini hesab edir.

AZƏRTAC xəbər verir ki, ZDF televiziyasının "Politbarometr" adlı ictimai rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 48 faizi seçkilərin Almaniya üçün "çox əhəmiyyətli", 44 faizi isə "əhəmiyyətli" olduğunu bildirib. Rəy sorğusu iştirakçılarının 63 faizi Kamala Harrisin qalib gəlməsinin Almaniya üçün daha yaxşı olacağını düşünür. İştirakçıların 81 faizi Donald Trampın prezident seçilməsinin Almaniya üçün yaxşı olmayacağına, 71 faizi isə dünyada yaşanan problemləri və böhranları daha da dərinləşdirəcəyinə inanır.

Bundan başqa, respondentlərin 45 faizi Kamala Harrisin, 38 faizi isə Donald Trampın qalib gələcəyini düşünür.

İki həftə əvvəl aparılan rəy sorğusuna görə, bu göstərici müvafiq olaraq 72 və 23 faiz olmuşdu.

 

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Dünya