Kreml Rusiya məktəblərində hicabın qadağası məsələsinin müzakirəsində iştirak etmir

post-img

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məktəblərdə hicab taxılmasına icazə verilib-verilməməsi məsələsinin hər bir regionun hakimiyyət orqanlarının səlahiyyətində olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Peskov Rusiyanın Vladimir vilayətində məktəblərdə dini geyimlərə qadağa qoyulması və Çeçenistan hakimiyyətinin bu qərarı tənqid etməsini şərh edərək deyib: “Hər bölgə öz səlahiyyətlərini həyata keçirir, biz bu müzakirədə iştirak etmirik”.

Qeyd edək ki, Vladimir vilayətində orta məktəblərdə hicab və niqab qadağan edilib. Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov qadağanı “Rusiya Konstitusiyasına zidd qərar” adlandırıb. “Niqabı biz də dəstəkləmirik. Lakin hicab müsəlman qadınlar üçün vacibdir”, - deyə o bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Dünya