Sofiyada vətəndaşlar iki gündür ki, etiraz aksiyası keçirirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Bolqarıstan xəbər agentliyi (BTA) məlumat yayıb. Bildirilib ki, etirazçılar oktyabrın 27-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinin ləğv edilməsi tələbini irəli sürüblər. Onlar iki qrupa bölünüblər. Birinci qrup Məqsəd Naminə Bolqarıstan (BOEC) vətəndaş hərəkatı tərəfindən təşkil edilib, digər qrup isə “Veliçiye” siyasi partiyasını dəstəkləyir.
Birinci qrup etirazçılar yeni və ədalətli seçkilərin keçirilməsi, müvəqqəti daxili işlər naziri Atanas İlkovun və müvəqqəti Baş nazir Dimitar Qlavçevin dəyişdirilməsi tələbi ilə Prezident Administrasiyasının binası qarşısında toplaşıblar.
“Veliçiye” tərəfdarları Milli Assambleyanın qarşısına toplaşıblar. Onlar partiyalarının seçki nəticələrini qəbul etmək istəmir və bunun saxtalaşdırıldığını düşünürlər.