Belarus XİN: Türkiyə regional və qlobal proseslərdə mühüm rol oynayır

post-img

Belarus həmişə Türkiyəyə təkcə vacib və perspektivli tərəfdaş kimi deyil, həm də münasibətlərimizin zamanların sınağından çıxdığı etibarlı dost kimi baxır. 

XQ BELTA-ya istinadən xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin elan edilməsinin 101-ci ildönümünə həsr olunmuş qala tədbirində deyib.

“Həm Belarusa, həm də Türkiyəyə bütün işlərini xalqın rifahı üçün edən, ürəyində sadə insanların problemləri və taleyi olan güclü liderlər rəhbərlik edirlər. Bu, bizi birləşdirən əsas şeydir”, - deyə Belarus diplomatik xidmətinin rəhbəri bildirib.

Rıjenkov vurğulayıb ki, Minsk Türkiyənin uğurlarını yaxından izləyir və görür ki, ölkə hər bayrama yeni əhəmiyyətli nailiyyətlərlə yanaşır: “Bu yaxınlarda mənim bəxtim gətirdi ki, sizin gözəl ölkənizə səfər etdim və bunu öz gözümlə gördüm.
Bu gün Türkiyə dünyanın aparıcı dövlətləri arasında layiqli yer tutur, konstruktiv yanaşma nümayiş etdirməklə regional və qlobal proseslərdə mühüm rol oynayır”.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya