NBC: ABŞ-da helikopter qəzası nəticəsində bir neçə nəfər ölüb

post-img

ABŞ-ın Texas ştatının Hyuston şəhərində helikopterin qəzaya uğraması nəticəsində bir neçə nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, NBC telekanalının məlumatına görə, hadisə yerli vaxtla oktyabrın 20-si axşam saatlarında baş verib. Helikopter radio qülləsinə çırpılaraq yerə düşüb. Helikopterin düşdüyü yerdə yanğın baş verib.

Qəza zamanı helikopterin göyərtəsində dörd nəfər, o cümlədən bir uşaq olub.

Hadisə ilə bağlı təhqiqata başlanılıb.

Dünya