Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platformasının (3+3) üçüncü iclası çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, Hakan Fidan Rusiya və Ermənistanın XİN rəhbərləri Sergey Lavrov və Ararat Mirzoyan ilə görüşüb.
Görüşlərdə ikitərəfli münasibətlər və regionda normallaşma prosesi ətrafında fikir mübadilələri aparılıb.