ABŞ-nin vitse-prezidenti, Demokratlar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Kamala Harris bildirib ki, ABŞ Çinlə rəqabət aparmalı, lakin münaqişələrdən qaçmalıdır. Məlumatı “İnterfaks.ru” verib.
“Birincisi, biz 21-ci əsrdə Çinlə rəqabətdə qalib gəlməliyik, amma münaqişədən qaçmalıyıq”, - deyə o bildirib.
O, Çinlə münasibətlərdə prioritetlərdən biri kimi “Amerika biznesinin maraqlarının qorunmasını” qeyd edib.
Tayvanla bağlı suala cavab olaraq Harris deyib: “Biz Tayvanın özünü müdafiə etmək qabiliyyətini dəstəkləməyi özündə ehtiva edən vahid Çin siyasətini davam etdirməliyik”.
O, həmçinin Vaşinqton və Pekin arasında, o cümlədən ordular arasında açıq kommunikasiya kanallarının mövcud olduğunu xatırladıb
P.ƏMİRCANOV
XQ