YUNESCO-nun Dünya İrsi Siyahısına daxil olan məşhur yerlərdən biri də Filippin adasında yerləşən “Puerto princesa” Yeraltı Çay Milli Parkıdır. Gizli mağaralarla əhatə olunan bu ərazi təbii gözəllikləri, sıx meşələri və vəhşi təbiəti ilə seçilir. Uzunluğu 8,2 kilometr olan bu çay paytaxt Maniladan 360 kilometr cənub-qərbdə yerləşir.
“Puerto princesa” Yeraltı Çay Milli Parkı əhəngdaşı və karst (müxtəlif süxurların suda həll olunması nəticəsində əmələ gələn relyef formaları) qəribə mənzərə yaradıb. Bu yeraltı çay sisteminin fərqli cəhəti ondan ibarətdir ki, bilavasitə dənizə axır. Çayın suyunun yarısının duzlu olması və okean axınına məruz qalması onu daha əsrarəngiz edir.
Yeraltı çayın üzərində 300 metrlik mağara günbəzi də var. Sərt qayalıqlarda və çay kanallarında böyük yarasalar, növbənöv dəniz canlıları məskunlaşıb.
Fidan SALMANOVA
XQ