Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Astanada Almaniya kansleri Olaf Şoltsla görüşündə deyib ki, Rusiya hərbi cəhətdən yenilməzdir. Sentyabrın 16-da keçirilmiş görüş zamanı Tokayev qonağın xahişi ilə Ukrayna ətrafında vəziyyətin nizamlanması haqqında danışıb. Məlumatı “Anadolu” verib.
“Fakt budur ki, Rusiya hərbi cəhətdən məğlubedilməzdir. Müharibənin daha da genişlənməsi bütün bəşəriyyət üçün və ilk növbədə, Rusiya-Ukrayna münaqişəsində birbaşa iştirak edən bütün ölkələr üçün düzəlməz nəticələrə gətirib çıxaracaq”, - Tokayev bildirib.
Qazaxıstan lideri təəssüflə qeyd edib ki, ki, İstanbul sazişinin imzalanmasından imtina ilə, ən azı, atəşkəsə nail olmaq üçün yaxşı şans əldən verilib.
“Ancaq sülh üçün fürsət hələ də mövcuddur. Müxtəlif dövlətlərin bütün sülh təşəbbüslərini diqqətlə nəzərdən keçirmək və hərbi əməliyyatların dayandırılması barədə qərara gəlmək, sonra ərazi məsələlərinin müzakirəsinə keçmək lazımdır”, - deyə prezident qeyd edib.
P.ƏMİRCANOV
XQ