NATO ölkələri Ukraynanın alyansa üzvlüyünün qaçılmaz olduğunu və ölkənin təşkilata üzv olmaq yolunda olduğunu açıq şəkildə bəyan ediblər. Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Məlumatı “İzvestiya.ru” verib.
O, Kiyevə səfəri zamanı deyib: “NATO ölkələri bir araya gəlib Ukraynanın alyansa daxil olmasının qaçılmaz olduğunu və Ukraynanın indi bu yolla getdiyini açıqladılar”.
Blinken Ukraynanın Şimali Atlantika alyansına qoşulması üçün ölkənin zəruri islahatlar paketini qəbul etməli olacağına da diqqət çəkib.
P.ƏMİRCANOV
XQ