Yunanıstan Türkiyənin Aİ yolundakı irəliləyişini dəstəkləyir

post-img

Yunanıstan Türkiyənin Avropa Birliyinə üzv olmaq yolunda irəliləyişini dəstəkləyir. Bu barədə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis Brüsseldə jurnalistlərə bildirib. Məlumatı “Anadolu” verib. 

Yunanıstan diplomatik xidmətinin rəhbəri Türkiyənin xarici işlər naziri Hakan Fidanın Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündə iştirakının əhəmiyyətinə diqqət çəkərək bildirib ki, beş illik fasilədən sonra Türkiyə xarici işlər nazirinin bu görüşdə iştirakı son dərəcə vacibdir.

Nazir görüşün Türkiyə ilə Avropa arasındakı münasibətləri müzakirə etmək imkanı verəcəyini vurğulayıb: “Yunanıstan Türkiyənin Avropadakı irəliləyişini əsaslı şəkildə dəstəkləyir”.

Gerapetritis BMT-nin təşəbbüsü ilə Kipr probleminin həlli ilə bağlı danışıqların bərpası səylərini son dərəcə vacib hesab etdiyini bildirib. O, Brüssel görüşü çərçivəsində bütün bu məsələləri Fidanla müzakirə edəcəyini bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya