Dünyanın ən yaşlı kişisi, Britaniya sakini Con Alfred Tinnisvud Mersisayddakı qocalar evində 112 yaşını qeyd edib.
AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, Tinnisvud hələ də kənardan heç kimin yardımı olmadan yaşayır. O, maliyyəsini özü idarə edir və radiodan xəbərləri izləyir.
Tinnisvud qəzetə müsahibəsində deyir: “Mən hər məsələ kimi, ömrümün uzunluğu amilini də ciddi qəbul edirəm; düşünürəm ki, niyə bu qədər uzun yaşadım, amma bununla bağlı heç bir fikrim yoxdur”.
Tinnisvud Soutportda yaşayır və uzun ömrünü sadəcə bir şans kimi qiymətləndirir. O, hər cümə günü balıq və çips yeyir, xüsusi pəhriz saxlamadığını qeyd edir.
“Uzunömürlülüklə əlaqədar heç bir xüsusi sirrim yoxdur. Uşaqlıqda kifayət qədər aktiv idim və çox gəzirdim. Bilmirəm, bunun çox yamağımla əlaqəsi varmı? Amma heç kimdən də fərqlənmirəm” -deyə o vurğulayır.
Qəzet yazır ki, Böyük Britaniya sakini “Titanik” in batdığı ildə (1912) anadan olub və Britaniyanın 24 baş nazirinin səlahiyyət müddətinə şahidlik edib. Tinnisvud 2012-ci ildən, 100 yaşı tamam olandan bəri mərhum Kraliça II Elizabetdən hər il doğum günü təbriki kartı alırdı. Kraliçadan demək olar ki, 14 il sonra dünyaya gəlməsinə baxmayaraq, onun da hakimiyyəti dövründə də ömür sürüb.
Dünyanın ən yaşlı kişisi gənc nəslə tövsiyələr verib: “Bir şey öyrənsən də, yaxud kiməsə öyrətsən də, həmişə əlindən gələni əsirgəmə. Ona sahib olduğun hər şeyi ver. Yoxsa, bütün bunlara vaxt sərf etməyə dəyməz”.