Hindistanın baş naziri Narendra Modi və Rusiya prezidenti Vladimir Putin telefon danışıqları zamanı iki ölkə arasında əməkdaşlığı, eləcə də Ukraynadakı münaqişəni müzakirə ediblər. Bu barədə Hindistanın baş naziri avqustun 27-də məlumat verib.
Xəbəri “İzvestiya.ru” yayıb.
“Bu gün mən prezident Putinlə danışdım. Biz xüsusi imtiyazlı strateji tərəfdaşlığın daha da gücləndirilməsi üzrə tədbirləri müzakirə etdik”, - deyə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Modi Ukraynaya səfərindən sonra əldə etdiyi nəticələr barədə də danışıb və Hindistanın münaqişənin sülh yolu ilə həlli ideyasına güclü sadiqliyini ifadə edib.
Həmin gün səhər saatlarında ABŞ prezidenti Co Bayden və Modinin telefon danışığı apardıqları və danışıqların sonunda Ukraynada münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduqlarını bildirilib.
P.ƏMİRCANOV
XQ