Qazaxıstanın 2025-2027-ci illər büdcəsində neftin bir bareli 75 dollar təşkil edir

post-img

Qazaxıstan hökuməti 2025-2027-ci illər üçün sosial-iqtisadi inkişaf layihəsini təsdiqləyib. Bu barədə “İnterfaks.ru” xəbər verib.

Hökumətin iclasında çıxış edən Qazaxıstanın milli iqtisadiyyat naziri Nurlan Baybazarovun sözlərinə görə, xarici parametrlərdə baş verən dəyişikliklərdən asılı olaraq üç inkişaf ssenarisi formalaşıb: “Baza ssenarisinə əsasən, neftin orta qiyməti 75 dollar/barel səviyyəsində təklif edilir”.

Əvvəllər Qazaxıstan Nazirlər Kabineti 2024-2026-cı illər üçün respublika büdcəsini formalaşdırarkən neftin qiymətini 80 dollar/barel səviyyəsində müəyyən edib.

Qazaxıstan hökuməti çərşənbə axşamı ölkənin 2025-2029-cu illər üçün sosial-iqtisadi inkişafı üzrə proqnozu təsdiqləyib. Sənədə əsasən, gələn il ÜDM-in artımının 5,6 faiz olacağı gözlənilir. 

Milli iqtisadiyyat naziri bildirib: “2025-ci ildə ÜDM-in real artımının 5,6 faiz, 5 il ərzində orta illik ÜDM artımının 5,4 faiz olacağı proqnozlaşdırılır”.

Onun sözlərinə görə, nominal ÜDM 2025-ci ildəki 150,8 trilyon tengedən 2029-cu ildə 234,2 trilyon tengeyə və ya 498,4 milyard dollara qədər artacaq.

 

P.ƏMİRCANOV

 

 

Dünya