Monqolustanda Ümumdünya Qadınlar Forumu keçirilir

post-img

Cümə axşamı, avqustun 22-də Monqolustanın paytaxtı Ulan-Batorda Prezident Uxnaqiiyyn Xurelsuxun himayəsi ilə “Yaşıl gələcək naminə” mövzusunda Ümumdünya Qadınlar Forumu açılıb. Məlumatı “Anadolu” verib. 

MONTSAME xəbər verir ki, tədbir dövlət başçısının administrasiyası və Monqolustanın Xarici İşlər Nazirliyi tərəfindən BMT ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Ümumdünya Qadınlar Forumunu Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Monqolustan Xarici İşlər Nazirliyinin rəhbəri Batmunkhiin Battsetseg, BMT Baş katibinin müavini Əminə Məhəmməd, Monqolustan Qadınlar Assosiasiyasının prezidenti B.Oyuungerel açıblar. Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts-Musar, Qırğızıstanın birinci xanımı Aygül Japarova, Sloveniya Respublikasının vitse-prezidenti, Laos Xalq Demokratik Respublikasının Prezidenti Pani Yatodu və digər qonaqlar da salamlama nitqi söyləyiblər.

Forum bütün fəaliyyət sahələrini təmsil edən qadın liderləri, o cümlədən dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini, beynəlxalq təşkilatların və beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbərlərini, o cümlədən ictimai xadimləri, işgüzar xanımları, incəsənət xadimlərini və idmançıları bir araya gətirir.

Forum çərçivəsində 17 Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində iştirak edən müxtəlif nəsillərin qadınlarının töhfələrini nümayiş etdirən “Liderliyin 17 obrazı” adlı fotosərgi açılacaq.

Dünya Qadınlar Forumu Monqolustanın qlobal səhnədə gender bərabərliyinə və qadınların səlahiyyətlərinin artırılmasına sadiqliyini bir daha təsdiqləyir.

P.ƏMİRCANOV
XQ

Dünya