Fransa solçuları Makronu impiçmentlə hədələyirlər

post-img

Solçu partiyaların Yeni Xalq Cəbhəsi koalisiyası çərşənbə günü xəbərdarlıq edib ki, Fransa prezidenti Emmanuel Makron baş nazir postuna Lüsi Kasetin namizədliyini təsdiqləməsə, onun hakimiyyətdən uzaqlaşdırılmasına çalışacaq. Məlumatı “İnterfaks.ru” yayıb. 

“Əgər Emmanuel Makron seçkilərdə ən çox səs toplayan koalisiyanın namizədi Lüsi Kasteti baş nazir təyin etməsə, o zaman Yeni Xalq Cəbhəsi və mən impiçmentin tərəfdarı olacağıq”, - deyə parlament fraksiyasının lideri Mathilde Panot deyib. 

O, konstitusiyanın 68-ci maddəsini xatırladıb, ona görə prezident əsas vəzifələrini yerinə yetirmədiyi təqdirdə parlament onu hakimiyyətdən kənarlaşdırmaq hüququna malikdir.

Panonun sözlərinə görə, prezident Qabriel Attal hökumətinin istefasından sonra bir aydan artıqdır ki, yeni baş nazir təyin etmir.

Makronun baş nazir təyinatı ilə bağlı partiya liderləri ilə görüşlərinin avqustun 23-də başlayacağı bildirilir.

P.ƏMİRCANOV
XQ

Dünya