Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polis İdarəsinin əməkdaşları İstanbulda PKK terror təşkilatının Finlandiya strukturuna “məsul” olan İran vətəndaşı Mehnaz Ömərini saxlayıblar. Məlumatı “Anadolu” verib.
Təhlükəsizlik güclərindəki mənbələrdən verilən məlumata görə, “Nase Hell” kod adlı terrorçu Ömərinin Finlandiyada yaraqlılarla terror təşkilatının liderləri arasında koordinasiyanı təmin etdiyi, ordu sıralarına cəlb edilməsində fəal iştirak etdiyi müəyyən edilib.
Bundan başqa, Öməri Finlandiyada terror təşkilatının aksiyalarının və tədbirlərinin təşkilində iştirak edib. Silahlı şəxs İstanbulda Türkiyə xüsusi xidmət orqanları ilə İstanbul Polis İdarəsinin birgə əməliyyatı nəticəsində ələ keçirilib.
Məlum olub ki, Ömərinin ələ keçirilməsi ilə təşkilatın Finlandiya strukturu haqqında çoxlu məlumatlar əldə edilib.
P.ƏMİRCANOV
XQ