Peskov: ABŞ seçkilərinə hələ çox vaxt var, vəziyyəti izləyəcəyik

post-img

“Kreml ABŞ seçkiləri ilə bağlı vəziyyəti izləyəcək, lakin onların nəticələrini deyil, Xüsusi Hərbi Əməliyyatın məqsədlərinə nail olmağı əsas prioritet hesab edir”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ağ Evin hazırkı rəhbəri Co Baydenin prezidentlik yarışını tərk etməsini şərh edərkən deyib.

Məlumatı “İzvestiya.ru” verib.  

“Seçkilərə hələ dörd ay var və bu, çox şeyin dəyişə biləcəyi uzun müddətdir. Diqqət etməli və bundan sonra nə olacağını izləməlisiniz. Bizim prioritetimiz ABŞ seçkilərinin nəticələrinə deyil, Xüsusi Hərbi Əməliyyatın məqsədlərinə nail olmaqdır”, - Kreml sözçüsü bildirib.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya