Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla Türkiyənin Avropa İttifaqına üzvlüyü prosesini və qlobal məsələləri müzakirə edib. Məlumatı “Anadolu” verib.
Türkiyə Prezident Administrasiyası yanında Kommunikasiya ofisindən verilən məlumata görə, Ərdoğan Vaşinqtonda Macarıstanın baş nazirini qəbul edib. İkitərəfli münasibətlər, Türkiyənin Aİ-yə daxil olması və qlobal məsələlər müzakirə edilib.
Görüşdə Prezident Ərdoğan bildirib ki, Türkiyə Ukrayna-Rusiya müharibəsinə və İsrailin Qəzza zolağına hücumlarına son qoymaq üçün sülh səylərini davam etdirir. Türkiyə lideri vurğulayıb ki, beynəlxalq ictimaiyyət bu bölgələrdə sülhün bərqərar olması üçün səyləri gücləndirməlidir.
Ərdoğan Macarıstanın sədrliyi dövründə Aİ-yə üzvlük prosesinin intensivləşdirilməsi və əlaqələrin inkişafı istiqamətində dəstək gözlədiyini vurğulayıb.
P.ƏMİRCANOV
XQ