Rusiyanın Su-34 təyyarəsi Şimali Osetiya dağlarında qəzaya uğrayıb

post-img

Rusiya Aerokosmik Qüvvələrinin (VKS) Su-34 təyyarəsi planlı təlim uçuşu zamanı Şimali Osetiya dağlarında qəzaya uğrayıb, ekipaj həlak olub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Şimali Osetiya-Alaniya Respublikasında, dağlıq ərazidə Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-34 təyyarəsi planlı təlim uçuşu zamanı qəzaya uğrayıb. Təyyarə boş əraziyə düşüb. Yerdə heç bir dağıntı yoxdur. Ekipaj həlak olub”, - departamentdən bildiriblər.

“Təyyarənin qəzaya uğramasının ilkin səbəbi texniki nasazlıqdır. VKS komissiyası təyyarənin qəzaya uğradığı yerə gedib",-nazirlikdən xəbər veriblər.

S.ELAY

XQ

Dünya