Bişkekdə iğtişaş baş verib

post-img

Bişkekdə gecə baş verən iğtişaşlardan sonra 29 nəfər həkimə müraciət edib. Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib. Məlumatı “İnterfaks.ru” verib. 

“Mayın 17-dən 18-nə keçən gecə 29 nəfər təcili tibbi yardım briqadalarına müraciət edib, 15 nəfər Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına və Milli Xəstəxanaya çatdırılıb, digərlərinə isə yerindəcə tibbi yardım göstərilib.

Onun sözlərinə görə, mayın 18-də səhər saatlarında xəstəxanada qapalı kəllə-beyin travması və beyin silkələnməsi ilə iki xəstə olub. Xəstələrin vəziyyəti nisbətən qənaətbəxş kimi qiymətləndirilir.

Respublikanın səhiyyə naziri Alımkadır Beyşenaliev yaralı Pakistan vətəndaşına çənə sınığı diaqnozu qoyulan milli xəstəxananın üz-çənə cərrahiyyəsi şöbəsində olub. Xəstə əməliyyata alınıb.

Bundan əvvəl Qırğızıstan Xarici İşlər Nazirliyi 15 itki barədə məlumat vermişdi.

Mayın 18-nə keçən gecə Bişkekdə yerli sakinlərlə əcnəbilər arasında toqquşma baş verib və iğtişaşlara çevrilib. Qırğızıstan polisi faktla bağlı “xuliqanlıq” maddəsi ilə cinayət işi açıb.

 

P.ƏMİRCANOV

XQ

Dünya