Zaxarova Blinkenin Ukrayna ilə bağlı fikirlərini tənqid edib

post-img

ABŞ hökuməti rəsmilərinin Ukraynaya səfərləri, xüsusən də ABŞ dövlət katibi Antoni Blinkenin Kiyevə son səfəri və çıxışı sanki ölkəni “lağa qoymaq” məqsədi daşıyır. Bunu mayın 15-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiostansiyasının efirində bildirib. Məlumatı “İzvestiya.ru” verib. 

“Onun Ukrayna ilə bağlı dediklərinə qulaq asmaq mümkün deyil, çünki bu, sadəcə olaraq suverenliyin və demokratik dəyərlərin kobud şəkildə pozulması deyil. Bu, sadəcə istehzadır. Onun dediklərinə qulaq asın: “Ukraynada seçkilər o zaman baş tutacaq ki, ukraynalılar şərtlərin buna imkan verməsi ilə razılaşsınlar”. Soruşmaq istərdim: indi həmişə belə olacaq? - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Zaxarova deyib ki, Blinkenin sözləri mahiyyət etibarı ilə indi Ukrayna Konstitusiyasında yazılanların əhəmiyyətsiz olması və ölkənin qanunlarının vacib olmaması deməkdir.

P.ƏMİRCANOV
XQ

Dünya