Avstriya Türkiyənin səylərini dəstəkləyir

post-img

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərdiyi səylərə görə Türkiyəyə təşəkkür edib. Diplomat bu barədə Ankarada türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib. Məlumatı “Anadolu” verib. 

Nazir ümidvar olduğunu bildirib ki, Ankara digər məsələlərdə, o cümlədən Cənubi Qafqazda sülhün bərqərar olunmasında vasitəçilik rolunu uğurla həyata keçirəcək. O, həmçinin qeyd edib ki, qeyri-qanuni miqrasiya məsələsində Türkiyənin üzərinə böyük yük düşür.

Diplomat Ankara ilə Vyana arasında təhlükəsizlik sahəsində əməkdaşlığın zəruriliyinə də diqqət çəkib.

Şallenberq Türkiyənin Yaxın Şərqdəki rolunu, o cümlədən Qəzza zolağında baş verən hadisələr fonunda səylərini yüksək qiymətləndirib. O qeyd edib ki, Ankara regionda böyük nüfuza malikdir.

Avstriya xarici işlər naziri Qəzza zolağına humanitar çıxışın təmin edilməsinin vacibliyini vurğulayıb. Yaxın Şərqdə nizamlanma perspektivlərinə gəlincə, Şallenberq Vyananın Fələstin probleminin iki dövlət prinsipi əsasında həllinə sadiqliyini təsdiqləyib.

"Avstriya onilliklərdir ki, belə bir həll axtarır" dedi. Nazir bütün “bölgədəki ağıllı oyunçuları” bu istiqamətdə əməkdaşlığa çağırıb.

P.ƏMİRCANOV
XQ

Dünya