“KazMunayQaz” şirkətinə yeni rəhbər təyin olunub

post-img

Qazaxıstanda “KazMunayQaz” milli şirkətinin rəhbəri dəyişdirilib.

Qazaxıstanın energetika nazirinin müavini vəzifəsini tutmuş Asxat Xasenov mayın 15-dən “KazMunayQaz” (KMQ) milli şirkəti sədrinin səlahiyyətlərini icra edən təyin edilib. Bu barədə “Samruk-Kazına” dövlət fondunun mətbuat xidməti məlumat yayıb. Xəbəri “İnterfaks” verib. 

Xasenov şirkətin səhmdarlarının növbədənkənar ümumi yığıncağına qədər “KazMunayQaz” SC-nin idarə heyətinin sədri vəzifəsini icra edəcək. Dövlət fondunun rəhbəri Maqzum Mirzəqaliyevə 2022-ci ilin aprelindən KMQ rəhbəri kimi fəaliyyətinə görə təşəkkür edib.

40 yaşlı Xasenov 2022-ci ildən energetika nazirinin müavini vəzifəsini tutub, 2019-2022-ci illərdə isə KMQ-nin strukturunda işləyib.

“KazMunayQaz” neft-qaz sənayesində dövlətin maraqlarını təmsil edən karbohidrogenlərin kəşfiyyatı, hasilatı, emalı və nəqli üzrə Qazaxıstan milli operatorudur.

P.ƏMİRCANOV
XQ

Dünya