Polşa hakimiyyəti Belarusla sərhəddəki hasarın modernləşdirilməsini istəyir. Bu məqsədlər üçün 1,5 milyard zloti (370 milyon dollardan çox) vəsaitin tələb olunacağı gözlənilir.
Milli Müdafiə Nazirinin müavini Sezari Tomçik TVN24-ə deyib: "Hasarın özünün modernləşdirilməsi çox güman ki, təxminən 1,5 milyard zlotiyə başa gələcək və bu hasarın həqiqətən işləməsi üçün bu qədər vəsait ayrılmalıdır".
Polşa mühəndisləri və Sileziya Texnologiya Universitetinin əməkdaşlarından ibarət komanda modernləşdirmə layihəsi üzərində işləyir. Nazir müavininin sözlərinə görə, hasar “keçilməz” olacaq.
Cənab Tomçikin sözlərinə görə, mövcud hasar müvəqqəti həll yoludur, çünki qeyri-qanuni miqrantların qarşısını almaq üçün kifayət qədər effektiv deyil. O, iddia edir ki, miqrantlar Belarus xidmətlərinin köməyi ilə və yalnız qaldırıcı krandan istifadə etməklə bunun öhdəsindən gələ bilərlər.
S.ELAY
XQ