Dünya istiləşmədən qorunacaq

post-img

Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə “Science Alert” nəşrində dərc olunan məqalədə bildirilib.

Tədqiqatın müəllifləri iddia ediblər ki, “hücey­rədən hüceyrə” adlandı­rılan yeni material suda əla dayanıqlıq nümayiş etdirir, bu isə yaş qaz axınlarından sənaye tət­biqlərində istifadə olu­nacaq texnologiya üçün vacibdir.

Alimlər laboratoriya təcrübələri aparıblar və yeni materialın ən güclü istixana qazlarından biri olan kükürd heksaflori­dini (SF6) yüksək udma xüsusiyyətlərinə malik olduğunu təsdiqləyiblər. Bununla belə, alimlər eti­raf ediblər ki, daha böyük sınaqlara ehtiyac olacaq.

Tədqiqat müəllifləri­nin sözlərinə görə, on­ların yeni sintez edilmiş materialı təkcə istixana qazlarını udmaq üçün deyil, həm də uçucu üzvi birləşmələr kimi zəhərli istixana qazlarını hava­dan çıxarmaq üçün is­tifadə edilə bilər. Bu da Yer kürəsini istiləşmədən qoruyacaq.

XQ

Dünya