Blinken Qüdsdə Netanyahu ilə görüşüb

post-img

İsrailin Baş naziri Binyamin Netanyahu Qüds şəhərindəki ofisində ABŞ-ın dövlət katibi Antoni Blinkeni qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin hökumət başçısının ofisi məlumat yayıb.

Məlumata görə, Binyamin Netanyahu ilə Antoni Blinken arasında danışıqlar bağlı qapılar arxasında keçib. Dövlət katibi daha sonra İsrailin strateji planlaşdırma naziri Ron Dermer, SAXAL-ın Baş qərargah rəisi Hersi Halevi və bir sıra digər yüksək rütbəli rəsmilərlə geniş tərkibdə görüş keçirəcək.

Qeyd edək ki, Antoni Blinken Yaxın Şərq turnesi çərçivəsində aprelin 30-da axşam saatlarında İsrailə gəlib. O, bundan öncə İordaniya və Səudiyyə Ərəbistanına səfər edib. ABŞ dövlət katibinin regiona səfərinin ilk növbədə Fələstin-İsrail münaqişənin kəskinləşməsi, Qəzza sektorunda saxlanılan israilli girovların azad edilməsi və hərbi əməliyyatların dayandırılması barədə danışıqlar aparmaq cəhdləri ilə bağlı olduğu bildirilir.

Dünya