Hindistanın şimalında güclü zəlzələ baş verib

post-img

Hindistanın şimalındakı Ladax əyalətində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

“İnterfaks” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Geofiziki Tədqiqatın Altay-Sayan şöbəsinin operativ məlumatlarına əsasən, bazar günü Bakı vaxtı ilə saat 12:48-də qeydə alınan zəlzələnin episentri qonşu Cammu və Kəşmir birliyinin ərazisində, Anantnaq şəhərindən 172 km şimal-şərqdə yerləşib.

Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.

XQ

Dünya