Putin miqrasiya siyasətini köklü şəkildə dəyişməyi tələb edib

post-img

Rusiya Prezidenti Vladimir Putin miqrasiya siyasətinə yanaşmada köklü dəyişiklik tələb edib və hüquq-mühafizə orqanlarını digər səlahiyyətli strukturlarla birlikdə bu məsələlər üzərində işləməyə dəvət edib. Məlumatı “İnterfaks.ru” verib. 

“Biz miqrasiya siyasətinə yanaşmaları dərindən, köklü şəkildə dəyişməli, yeniləməliyik. Mən Daxili İşlər Nazirliyindən, digər hüquq-mühafizə orqanlarımızdan və xüsusi xidmət orqanlarından hökumət və Prezident Administrasiyası ilə birlikdə bütün bunlar üzərində işləməyi, məsələləri hərtərəfli və müfəssəl öyrənməyi xahiş edirəm. ”, - deyə dövlət başçısı Daxili İşlər Nazirliyinin geniş kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, ilk növbədə, dövlətin və cəmiyyətin maraqlarını və təhlükəsizliyini təmin etmək, millətlərarası və dinlərarası harmoniyanı, mədəni və linqvistik kimliyimizi, Rusiyanı güclü edən hər şeyi qorumaq lazımdır.

Prezident xüsusilə vurğulayıb ki, Rusiyaya işləmək və ya başqa məqsədlərlə gələn əcnəbilər rusların adət-ənənələrinə və tarixinə hörmətlə yanaşmalıdırlar: “Yalnız bizim adət-ənənələrimizə, dilimizə, mədəniyyətimizə, tariximizə hörmət edənlərin Rusiyada yaşayıb işləməyə gəlməsi prinsipi həlledici olmalıdır”.

P.ƏMİRCANOV

XQ

Dünya