Özbəkistan prezidenti Çinin təhlükəsizlik nazirini qəbul edib

post-img

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Çin Dövlət Şurasının üzvü, ictimai təhlükəsizlik naziri Van Syaoxunqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xəbəri “Anadolu” verib. 

Özbəkistan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 1-də keçirilən görüşdə müasir çağırışlara və təhlükəsizliyə təhdidlərə qarşı mübarizədə praktiki əməkdaşlığın daha da genişləndirilməsi və birgə səylərin əlaqələndirilməsi məsələləri müzakirə olunub.

Mirziyev Özbəkistan-Çin dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hazırkı yüksək səviyyəsini xüsusi məmnunluqla qeyd edib. Tərəflər hüquq-mühafizə orqanlarında səmərəli idarələrarası əməkdaşlıq üçün potensial və imkanları vurğuladılar.

İctimai təhlükəsizliyin əsas istiqamətləri üzrə təcrübə mübadiləsi və birgə tədbirlərin keçirilməsi, müasir informasiya texnologiyalarının və innovativ iş üsullarının tətbiqi, kibercinayətkarlıqla mübarizə, ixtisaslı mütəxəssislərin hazırlanması və digər prioritet istiqamətlər kimi qeyd edilib.

Həmçinin regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

P.ƏMİRCANOV
XQ

Dünya