Ermənistan-Aİ-ABŞ görüşü Rusiyada narahatlıq doğurur

post-img

Aprelin 5-nə planlaşdırılan Ermənistan-Aİ-ABŞ yüksək səviyyəli görüşü Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri bu tədbirin anti-Rusiya yönümlü olmasından birbaşa danışırlar. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Məlumatı “Anadolu” verib. 

“Bu cür hadisələr Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas diqqəti yalnız Rusiyaya qarşıdır. Birbaşa mətnlə belə deyirlər”, – rusiyalı diplomat öz Telegram kanalında yazıb.

Eyni zamanda, Zaxarova qeyd edib ki, “Vaşinqtonda, Brüsseldə və İrəvanda özlərini elə göstərirlər ki, aprelin 5-də gözlənilən Ermənistan-Aİ-ABŞ yüksək səviyyəli görüşünün nəyə görə çoxları arasında narahatlıq doğurduğuna təəccüblənirlər”.

“Belə görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur, çünki onlar Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbi özünün son dərəcə dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza cəlb edtmək, orada yeni bölücü xətlər yaratmaq, region ölkələrini anti-Rusiya gündəmini izləməyə məcbur etmək, onların Moskva ilə çoxəsrlik əlaqələrini pozmaq, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini zəiflətmək məqsədi daşıyır”, - diplomat bəyan edib. hesab edir.

Zaxarova rəsmi Yerevanın qarşıdan gələn görüşlə bağlı “çaşqınlığını” da qeyd edib. “Niyə rəsmi İrəvanın guya söhbətin nədən getdiyini anlamaması böyük sualdır. Axı Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin erməni xalqının köklü maraqlarına tamamilə zidd olan son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir”, - Zaxarova qeyd edib.

 

P.ƏMİRCANOV

XQ

Dünya