2024-cü ilin fevral ayının sonuna Ermənistanın dövlət borcu 11 milyard 943 milyon dollar təşkil edib. İlin əvvəli ilə müqayisədə 97,5 milyon dollar və ya 0,8% artıb. “Etk” yazır ki, bunu Ermənistan Maliyyə Nazirliyinin məlumatları təsdiqləyir.
“Xüsusən, fevral ayının sonuna xarici dövlət borcu iki ayda 60 milyon dollar və ya 0,9% azalaraq 6 milyard 441 milyon dollar təşkil edib. Daxili borc isə təxminən 158 milyon dollar və ya 2,9% artaraq 5 milyard 502 milyon dollara çatıb. Belə ki, Ermənistanın dövlət borcu hazırda daxili borc hesabına artır. Daxili mənbələr dövlət istiqrazlarıdır, onların buraxılmasından əldə edilən pul, xarici borcda olduğu kimi, dövlət tərəfindən büdcə xərcləri üçün istifadə olunur.
Xarici mənbələr Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq təşkilatlar, həmçinin Rusiya, Almaniya kimi dövlətlərdir. Xarici valyutada istiqrazlar da buraxılır.
Yada salaq ki, 2023-cü ildə Ermənistanın dövlət borcu 1 milyard 208 milyon dollar və ya 11,4% artaraq 11 milyard 845 milyon dollar təşkil edib.
O cümlədən, daxili borc 1 milyard 152 milyon dollar və ya 27,5% artaraq 5 milyard 344 milyon dollar təşkil edib.
Güman etmək olar ki, belə artım templəri ilə daxili borc nəinki xarici borcla bərabər olacaq, hətta bu ilin sonuna qədər onu keçə bilər”, - “Etk” qeyd edir.
S.ELAY
XQ