TASS, RİA "Novosti", "İnterfaks": Rusiya ABŞ-dan terror aktının hazırlanması barədə məlumat alıb

post-img

TASS, RİA "Novosti" və "İnterfaks" Rusiya kəşfiyyat xidmətindəki mənbələrə istinadən xəbər verir ki, ABŞ Moskvada terror aktlarının hazırlanması barədə faktiki məlumat alıb. Lakin hər üç agentliyin qeyd etdiyi kimi, məlumat konkret yox, ümumi olub.

Martın 22-də axşam Moskva yaxınlığındakı Krasnoqorskdakı "Crocus City Hall"da terror aktı baş verib. Naməlum şəxslər konsert zalında insanlara atəş açıb. İstintaq Komitəsinin məlumatına görə, 93 nəfər həlak olub, 140-dan çox insan yaralanıb. Daha sonra Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Edrien Uatson ABŞ-ın mart ayında Moskvada insanların sıx toplaşdığı yerlərdə terror aktının hazırlanması ilə bağlı məlumat aldığını və bu məlumatı Rusiya ilə paylaşdığını bildirib.

TASS, RİA "Novosti" və "İnterfaks"ın Rusiya kəşfiyyat xidmətindəki mənbələri gözlənilən terror aktı ilə bağlı məlumatın həqiqətən də daxil olduğunu təsdiqləyiblər. Eyni zamanda, qurumların həmsöhbətləri bu məlumatın heç bir konkretləşdirmə olmadığını, onların ümumi xarakter daşıdığını bildiriblər.

S.ELAY

XQ

 

 

Dünya