Polşa və Almaniya Aİ-də çevik reaksiya qüvvələri yaradacaq

post-img

Polşa və Almaniya bu ilin iyul ayına kimi Avropa İttifaqında çevik reaksiya qüvvələri formalaşdıracaq.

“İnterfaks” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış məlumat verib.

“Polşa və Almaniya Avropadakı çevik reaksiya qüvvələrinə görə məsuliyyəti öz üzərlərinə götürürlər”, -nazirliyin mətbuat xidməti nazirdən sitat gətirib.

“İyul ayından bizim döyüş qruplarımız, 2500 Polşa əsgəri və 2500 Alman əsgəri çevik cavab verməyə hazır olacaq. Kosinyak-Kamış əlavə edib ki, bunlar “Strateji Kompas”ın tapşırıqlarını yerinə yetirən qüvvələrdir.

Əlavə edək ki, Aİ 2022-ci ilin yazında “Strateji Kompas” adlı müdafiə strategiyasını təsdiqləyib. Onun əsas elementləri arasında Avropa İttifaqının bölgədəki müxtəlif böhran vəziyyətlərinə güc yolu ilə cavab verməyə hazır olan 5 minə qədər hərbçini tez bir zamanda yerləşdirmək imkanı var.

S.ELAY

XQ

Dünya