Şarl Mişel: Aİ müharibəyə hazırlaşmalıdır

post-img

Avropa İttifaqı sülh istəyirsə, o, "müharibəyə hazırlaşmalıdır", çünki ittifaq İkinci Dünya müharibəsindən bəri ən böyük təhlükəsizlik problemi ilə üzləşib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bunu “La Libre Belgique” qəzetində dərc olunan məqaləsində qeyd edib.

"Biz müdafiə baxımından yaxşı hazırlaşmalıyıq və müharibə iqtisadiyyatı rejiminə keçməliyik" ,-cənab Mişel deyib.

Onun sözlərinə görə, “öz təhlükəsizliyimiz üçün məsuliyyət daşımağın vaxtı çatıb”. “Biz artıq başqalarına arxalana bilmərik və ya ABŞ-da və ya başqa yerlərdə seçki dövrlərindən asılı ola bilmərik”, - Avropa Şurasının rəhbəri əlavə edib.

S.ELAY

XQ

Dünya