Polşada NATO təlimləri başa çatıb

post-img

Polşada NATO-nun Türkiyə də daxil olmaqla 9 ölkəsinin iştirakı ilə “Steadfast Defender 24” hərbi təlimləri keçirilib. Məlumatı “Anadolu” verib.  

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin X sosial şəbəkəsində yaydığı məlumatda deyilir: “Türkiyə də daxil olmaqla 9 NATO ölkəsinin iştirakı ilə Polşada keçirilən “Steadfast Defender 24” təlimi uğurla başa çatıb”.

Məlumata görə, NATO bu manevrləri “Soyuq müharibədən bəri Avropada keçirilən ən böyük hərbi təlim” adlandırıb.

“Bərabər gücə malik düşmənlərə qarşı Avropa müdafiəsini gücləndirmək üçün NATO-nun müdafiə planlarını sınaqdan keçirmək və təkmilləşdirmək üçün nəzərdə tutulmuş” təlimə 90 min hərbçi cəlb edilib.

P.ƏMİRCANOV

XQ

Dünya