Ukrayna Energetika Nazirliyi: “Qazprom”la qaz tranziti üzrə müqavilə uzadılmayacaq

post-img

Ukraynanın energetika naziri German Qaluşenko bildirib ki, hakimiyyət “Qazprom”la Rusiya qazının tranziti üzrə müqaviləni yeniləməyi planlaşdırmır. Onun sözlərinə görə, Ukrayna ölkənin enerji təhlükəsizliyini və müstəqilliyini, o cümlədən daxili qaz hasilatını artırmaqla gücləndirir.

“Təsdiq edə bilərəm ki, biz heç bir əlavə saziş bağlamağı və ya bu müqavilənin qüvvədə olma müddətini uzatmağı planlaşdırmırıq”, - deyə cənab Qaluşenko telemarafon zamanı bildirib.

Ukraynanın “Naftoqaz” şirkəti ilə “Qazprom” arasında müqavilə 2019-cu il dekabrın 30-da imzalanıb. O, 225 milyard kubmetr qazın nəqlini nəzərdə tutur ki, bunun da 65 milyard kubmetri 2020-ci ildə, hər biri isə 40 milyard kubmetri növbəti 4 ildə olacaq. Müqavilənin müddəti 31 dekabr 2024-cü ildə başa çatır. Bu ilin yanvarında Ukrayna hökuməti müqaviləni yeniləmək niyyətində olmadığını açıqlamışdı. Baş nazirin müavini Aleksandr Novak bildirib ki, Rusiya Aİ-yə qaz nəqli üçün alternativ marşrutları müzakirə etməyə hazırdır.

Martın 4-də Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, ölkə “Qazprom”la müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatdıqdan sonra Rusiya qazının tranzitini uzatmağa hazırdır, lakin bu barədə Moskva ilə birbaşa danışıqlar aparmaq niyyətində deyil. Onun sözlərinə görə, Avropa ölkələrindən müvafiq müraciət olarsa, tranzit mümkündür. Ukraynanın GTS operatorunun rəhbəri Dmitri Lippa bildirib ki, Avropaya Rusiya qazı lazımdırsa, Ukrayna onu 2027-ci ilə qədər verməyə hazırdır.

S.ELAY

XQ

Dünya